Bank Of Baku

"Gəncə Avtomobil Zavodu"nun aktivləri və kapitalı kəskin azalıb - Hesabat

"Gəncə Avtomobil Zavodu"nun aktivləri və kapitalı kəskin azalıb - Hesabat
# 25 avqust 2023 10:26 (UTC +04:00)

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi 2022-ci ilin konsolidə olunmuş maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” zavodun maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə "Gəncə Avtomobil Zavodu" İB-nin xalis mənfəəti 2021-ci illə müqayisədə 3 dəfə artaraq 6 milyon 132,6 min manat təşkil edib. 2021-ci ildə şirkət 2 milyon manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə zavodun əsas əməliyyat gəlirləri 156 milyon 81.2 min manat, satışın maya dəyəri 138 milyon 595.2 min manat, kommersiya xərcləri 3 milyon 181.2 min manat, inzibati xərcləri 3 milyon 624.8 min manat, sair əməliyyat xərcləri isə 3 milyon 14.1 min manat təşkil edib. Beləliklə "Gəncə Avtomobil Zavodu" ötən il 7 milyon 665.7 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 3 dəfə çoxdur.

2022-ci ildə "Gəncə Avtomobil Zavodu" İB-nin cəmi aktivləri illik müqayisədə 9.2% azalaraq 88 milyon 741.6 min manata, cəmi öhdəlikləri isə 0.3% azalaraq 65 milyon 930.5 min manata bərabər olub.

2023-cü yanvar ayının 1-nə "Gəncə Avtomobil Zavodu" İB-nin cəmi kapitalı 22 milyon 811.1 min manat təşkil edib ki, bu da illik müqayisədə 27.9% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR