Gəncədə “AgriTech Ideathon” tədbiri keçirilib - FOTO

Gəncədə “AgriTech Ideathon” tədbiri keçirilib - FOTO
# 29 fevral 2024 14:32 (UTC +04:00)

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, SUP VC şirkətinin təşkilatçılığı ilə Gəncə şəhərində “AgriTech İdeathon” tədbiri keçirilib.

APA xəbər verir ki, “Ideathon”un keçirilməsində məqsəd regionun innovasiya potensialının gücləndirilməsi, ixtisaslaşmanın inkişaf etdirilməsi və müxtəlif sənayelər üzrə startap təfəkkürünün formalaşmasına təkan verməkdir.

“AgriTech Ideathon”da iştirakçılar kənd təsərrüfatında sahəsində problemlərə innovativ həll ideyaları təqdim etməklə yarışıblar. Bitkilərin səmərəli yetişdirilməsi, inkişafı, suvaram sistemlərinin səmərəliliyinin artırılması və innovasiyanın kənd təsərrüfatının müxtəlif sahələrində tətbiqi istiqamətində ideyalar təqdim edilib. Proqram müddətində iştirakçı komandalara İT, dizayn, biznes, innovasiya istiqamətlərində peşəkarlar tərəfindən mentorluq dəstəyi göstərilib.

Keçirilən “Ideathon”da 11 komanda iştirak edib. “AgriTech Ideathon”da 1-ci yerə EverGreen, 2-ci yerə AgroBot, 3-cü yerə FarmForwar komandaları layiq görülüblər. Qalib komandalar qiymətli hədiyyələrlə təltif ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR