Bank Of Baku

Gürcüstan Azərbaycana avtomobil ixracını 2 dəfəyədək artırıb

Gürcüstan Azərbaycana avtomobil ixracını 2 dəfəyədək artırıb
# 20 aprel 2023 17:54 (UTC +04:00)

2023-cü ilin yanvar-mart ayları ərzində Gürcüstan Azərbaycana 99,68 milyon ABŞ dolları dəyərində 7 348 ədəd avtomobil ixrac edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin Hesabaatında bildirilib. Qeyd olunub ki, Azərbaycana ixrac edilən avtomobillərin sayı illik ifadədə 910 ədəd və ya 14,13%, dəyəri isə 48,79 milyon dollar və ya 95,9% çoxdur.

Belə ki, 2022-ci ilin birinci rübündə Gürcüstan Azərbaycana ümumi dəyəri 50,89 milyon dollar olmaqla 6 438 ədəd avtomobil ixrac edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR