Ötən il Gürcüstan Azərbaycana 899,54 min ABŞ dolları dəyərində 177,8 min litr üzüm şərabı ixrac edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, ixrac edilən məhsulun dəyəri illik ifadədə 238,38 min dollar və ya 36,05%, həcmi isə 7,05 min litr və ya 4,12% artıb.
2022-ci ildə Gürcüstan Azərbaycana 170,75 min litr üzüm şərabı ixrac edib ki, bunun da ümumi dəyəri 661,16 min dollar təşkil edib.