Bank Of Baku

Gürcüstandan Azərbaycana ötən ay 2 390 avtomobil gətirilib

Gürcüstandan Azərbaycana ötən ay 2 390 avtomobil gətirilib
# 22 fevral 2022 10:42 (UTC +04:00)

Bu ilin yanvarında Gürcüstandan Azərbaycana 21 804,44 min ABŞ dolları dəyərində 2 390 avtomobil gətirilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilir ki, ixrac edilən avtomobillərin dəyəri illik müqayisədə 7 628,18 min dollar və ya 54%, sayı isə 361 vahid və ya 18% artıb. Belə ki, 2021-ci ilin yanvar ayında Gürcüstandan Azərbaycana 14 176,26 min dollar dəyərində 2 029 avtomobil ixrac edilib.

Hesabata əsasən, bu ilin yanvarında Gürcüstan ümumilikdə 80 236,6 min dollar dəyərində avtomobil ixrac edib ki, bu da illik ifadədə 46,8% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR