Niderlandın "Heineken" konserni Rusiyaya pivə ixracını və ölkədə investisiya layihələrinin icrası dayandırır.
"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
"Konsern yeni investisiya layihələrinin, habelə Rusiyaya pivə ixracının dayandırıldığını elan edib", - "Heineken"in məlumatında qeyd olunub.
Eyni zamanda, konsern bildirib ki, Rusiyadakı bütün fabrikləri, şirkətin əməliyyat və kommersiya bölmələri adi qaydada işləməyə davam edir, bu da istehsalın yüksək səviyyədə lokallaşdırılması, xammal və materialların alınması ilə asanlaşdırılır.
"Bizim prioritetimiz işçilərin təhlükəsizliyi və rifahı, eləcə də müştərilər, tərəfdaşlar və istehlakçılar qarşısında öhdəliklərin yerinə yetirilməsi olaraq qalır", - şirkətdən bildirilib.
Qeyd edək ki, daha əvvəl "Tuborg", "Holsten" və "Kronenbourg" kimi pivə brendlərinin daxil olduğu Danimarkanın "Carlsberg" şirkəti Rusiyaya investisiyaları dayandırmaq qərarına gəlib. Bundan başqa, onun məhsullarının Rusiyanın "Baltika" şirkətinə çatdırılmasının dayandırılması qərara alınıb.