Hindistan Azərbaycan üçün önəmli bazarlardan biridir və rəqəmlərə baxdıqda görərik ki, Hindistan Azərbaycanın ixracında 4-5-ci yerlərdə qərarlaşır.
"APA-Economics" xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna bildirib.
Onun sözlərinə görə, həmçinin, Azərbaycan da Hindistan məhsulları üçün çox önəmli bir bazardır: "Məsələn, düyü məhsulları, əczaçılıq, çay, mobil telefonlar və sair. Bu sahədə imkanların daha da genişləndirilməsi üçün potensialı görürük".