Bank Of Baku

İlon Mask "Forbes"un reytinqində birinci pilləyə yüksəlib

İlon Mask "Forbes"un reytinqində birinci pilləyə yüksəlib
# 05 aprel 2022 15:52 (UTC +04:00)

İş adamı "SpaceX" və "Tesla" şirkətlərinin təsisçisi İlon Mask "Forbes" jurnalının ən zəngin adamları siyahısında "Amazon" trasnmilli texnologiya şirkətinin təsisçisi Ceff Bezosu geridə qoyub.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, son dörd ildə Ceff Bezos reytinqin birinci sırasında qərarlaşırdı. İ. Maskın sərvəti il ərzində 45% artaraq 219 mlrd. ABŞ dollarına çatdığı halda, C. Bezosun sərvəti 6 mlrd. dollar azalaraq 171 mlrd. dollara qədər edib.

Qeyd edək ki, reytinqin üçüncü sırasında Fransanın LVMH ("Louis Vuitton Moet Hennessy") şirkətlər qrupunun baş meneceri Bernar Arno qərarlaşıb. Onun sərvəti 129 mlrd. dollar səviyyəsində qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR