Bank Of Baku

İmişli və Tərtərdə karxanaçılarla görüş keçirəcək

İmişli və Tərtərdə karxanaçılarla görüş keçirəcək
# 11 aprel 2022 09:54 (UTC +04:00)

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları İmişli və Tərtər rayonlarında karxana fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçirəcək. Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə istismarçıların karxana fəaliyyətinin hüquqi əsaslarına dair sualları cavablandırılacaq. Görüş 12-13 aprel tarixlərində İmişlidə, 14-15 aprel tarixlərində isə Tərtərdə keçiriləcək.
Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşları ilə yanaşı İqtisadiyyat Nazirliyinin aidiyyəti üzrə nümayəndələri də iştirak edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR