Bank Of Baku

İnhisarçılığa görə ötən il tətbiq edilən maliyyə sanksiyalarının həcmi açıqlanıb

Məmməd Abbasbəyli

© APA | Məmməd Abbasbəyli

# 01 mart 2022 11:42 (UTC +04:00)

Ötən il ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bazar subyektlərinə qarşı antiinhisar qanunvericiliyinin pozulması ilə əlaqədar 20 iş qaldırılıb.

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Xidmətinin 2021-ci il üzrə fəaliyyətinə dair mətbuat konfransında çıxış edən qurumun rəhbəri Məmməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, qaldırılan işlərin nəticəsi olaraq, 710 min manatdan çox maliyyə sanksiyası tətbiq olunur.

"Xidmətin məqsədi sahibkarları cərimələyib sanksiyalar tətbiq etməkdən ibarət deyil, bu və digər vasitələrlə rəqabət sahəsində müəyyən qanun pozuntularının və rəqabət mühitinin yaradılmasından ibarətdir", - deyə M. Abbasbəyli qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR