Bank Of Baku

"Intel" Avropada çip istehsalına 33 mlrd. avrodan çox sərmayə yatıracaq

"Intel" Avropada çip istehsalına 33 mlrd. avrodan çox sərmayə yatıracaq
# 16 mart 2022 12:05 (UTC +04:00)

Dünyanın ən böyük kompüter komponentləri istehsalçılarından biri sayılan ABŞ-ın "Intel" korporasiyası Avropada yarımkeçirici komponentlərin istehsalına 33 mlrd. avrodan çox sərmayə yatıracaq.

"APA-Economics" xəbər verir ki, bu barədə "Intel"in açıqlamasında deyilir.

Qeyd edək ki, bu, şirkət tərəfindən ötən il elan edilən planın birinci mərhələsidir, bu plana tədqiqat və təkmilləşdirmədən (R&D) tutmuş, istehsala və ən son qablaşdırma texnologiyalarına qədər bütün komponentlərin dəyər zənciri üzrə 10 il ərzində təxminən 80 mlrd. avro investisiya qoyuluşu daxildir.

İlk mərhələdə "Intel" Almaniyanın Maqdeburq şəhərində çip istehsalı üzrə iki müəssisənin tikintisinə 17 mlrd. avro ayıracaq. Tikinti işlərinin 2023-cü ilin birinci yarısında başlanması, müəssisələrin işə salınması isə 2027-ci ilə planlaşdırılıb.

Bundan əlavə, "Intel" istehsal gücünü ikiqat artırmaq planları ilə İrlandiyada çip istehsalı layihəsini genişləndirmək üçün 12 mlrd. avro sərmayə yatıracaq.

"Intel" həmçinin İtaliya hökuməti ilə ölkədə 4,5 mlrd. avroya qədər sərmayə yatıra biləcək istehsal zavodunun tikintisi üçün danışıqlara başlayıb. 2025-2027-ci illərdə fəaliyyətə başlaması planlaşdırılan müəssisədə 1,5 min, tədarükçülər və tərəfdaşlarla isə daha çox – 3,5 min iş yeri açılacaq.

"Intel"in digər planlarına Fransada 2024-cü ilin sonuna qədər 450 iş yeri də daxil olmaqla yüksək texnologiyalı 1 000 iş yeri yaradacaq yeni Avropa R&D habının tikintisi daxildir.

Fransa yüksək məhsuldar hesablama sistemləri və süni intellekt texnologiyalarının inkişafında "Intel"in Avropadakı qərargahına çevriləcək.

Bundan əlavə, şirkət Fransa və Polşada mövcud texnologiya mərkəzlərini genişləndirmək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR