İqtisadiyyat Nazirliyi "Bakı Qızlar Universiteti" MMC-nin lisenziyanın ləğv edilməsi barədə məlumat yayıb.
Nazirlikdən APA-ya bildirilib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təqdimatı əsasında İqtisadiyyat Nazirliyinin 22 iyul 2026-cı il tarixli 88 nömrəli Sərəncamı ilə "Bakı Qızlar Universiteti" MMC-nin lisenziyası dayandırılıb: "Ötən müddət ərzində MMC tərəfindən dayandırılmaya əsas olan lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılması barədə əlavə məlumat təqdim edilməyib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təqdimatı əsasında "Bakı Qızlar Universiteti" MMC-nin xüsusi lisenziyası İqtisadiyyat Nazirliyinin 30 iyul 2026-cı il tarixli 92 nömrəli Sərəncamı ilə ləğv edilib.
Mövcud qanunvericiliyə əsasən hazırda 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyaların verilməsi, dayandırılması və ləğvi (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) aidiyyəti dövlət qurumlarının rəyi və təqdimatı əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir".