Vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına (Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə nazirlik üzrə vahid platforma – 195-1 Çağrı Mərkəzi yaradılıb. Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, "195-1" qaynar xətti vasitəsilə ölkənin istənilən regionundan birbaşa zəng etmək olar. Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.
4 may 2022-ci il tarixindən etibarən 195-1 Çağrı Mərkəzi iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərir.
İqtisadiyyat Nazirliyi yeni qaynar xəttini istifadəyə verib
04 may 2022 10:46 (UTC +04:00)
Sahibkarlıq
Azərbaycanda 20 nəqliyyat vasitəsi özəlləşdirilib
17:29
7 may 2024
Bu il sosial sığorta yığımları 1,8 mlrd. manatı ötüb
17:18
7 may 2024
“Kontakt”ın ən böyük mağazalarından olan “Azadlıq metrosu” mağazası yeniləndi- 60%-DƏK ENDİRİMLƏR
11:39
7 may 2024
Sahib Məmmədov: Qadınların orta aylıq əməkhaqqı nisbətinin 80%-ə çatdırılması nəzərdə tutulub
11:20
7 may 2024