Bank Of Baku

İrandan Azərbaycana  565 milyon dollarlıq məhsul ixrac olunub

İrandan Azərbaycana  565 milyon dollarlıq məhsul ixrac olunub
# 12 aprel 2022 12:12 (UTC +04:00)

İranın qonşu ölkələrlə ticarət dövriyyəsi artıb. APA-nın Tehran bürosu xəbər verir ki, bunu İranın Gömrük İdarəsinin rəisi Əlirza Müqəddəsi deyib.

Onun sözlərinə görə, 2021-ci ilin mart ayından 2022-ci ilin mart ayına kimi İranın qonşu ölkələrlə ticarət dövriyyəsi 52 milyard dollar təşkil edib.

Əlirza Müqəddəsi qeyd edib ki, bu müddət ərzində İrandan Azərbaycana 565 milyon dollar (11% artım) dəyərində məhsul ixrac olunub.

O qeyd edib ki, bu müddət ərzində Azərbaycandan İrana 42,6 milyon dollarlıq məhsul idxal olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR