APA-nın Tehran bürosunun məlumatına görə, İran Gömrüyü ötən ay ölkənin ticarət balansının müsbət olduğunu və ixrac edilən malların dəyərinin idxalla müqayisədə 875 milyon dollar artdığını açıqlayıb.
Hesabata əsasən, ötən ay İranın qeyri-neft ixracının həcmi 7 milyon 324 min ton olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac məhsullarının çəkisi 10 faiz azalmasına baxmayaraq, dəyər baxımından 25 faiz artıb.
Həmçinin qeyd olunub ki, İran ötən ay 2 milyard 824 milyon dollar dəyərində 2 milyon 252 min ton mal idxal edib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə çəki baxımından 10 faiz, dəyər baxımından isə 1 faiz artıb.