Bank Of Baku

İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının iclasında müqavilələr imzalanıb

İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının iclasında müqavilələr imzalanıb
# 17 iyul 2023 15:12 (UTC +04:00)

Bakıda keçirilən İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində müqavilələr imzalanıb.

"APA-Economics" xəbər verir ki, müqavilələri 4 memorandum və tərəfdaşlıq sənədləri əhatə edir.

Sənədlər İslam Palatasının Halal Xidməti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası; Mavritaniya Ticarət Palatası və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası; Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Islam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası (ICCIA)(Strateji tərəfdaşlıq); həmçinin ICCIA, KOBİA, Beynəlxalq İslam Biznesi Assosiasiyası, Dövlət Turizm Agentliyi və Caspian Event Organisers MMC arasında imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR