Bank Of Baku

"Kaspersky" "Formula-1"dən xaric edilib

"Kaspersky" "Formula-1"dən xaric edilib
# 10 mart 2022 18:06 (UTC +04:00)

İtaliyanın "Ferrari" şirkəti Ukrayna hadisələri fonunda Rusiyanın "Kaspersky" şirkətini "Formula-1" yarışlarında "Scuderia Ferrari" komandasına sponsorluq etməkdən kənarlaşdırıb.

"APA-Economics" "CNews"a istinadən xəbər verir ki, Rusiya şirkətinin loqosu artıq "Scuderia Ferrari" saytından və onun avtomobillərindən çıxarılıb. Loqonun əvəzinə "#essereFerrari" yazısı yerləşdirilib.

"Ferrari" ilə sponsorluq müqaviləsinin sonda ləğv edilib-edilməməsi məsələsinə gəldikdə, "Kaspersky" nümayəndələri tərəflər arasında tərəfdaşlıq müqaviləsinin müvəqqəti dayandırıldığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR