KİV: “Crocus”a dəyən ziyanın həcmi 107 mln. dolları ötəcək

KİV: “Crocus”a dəyən ziyanın həcmi 107 mln. dolları ötəcək
# 27 mart 2024 15:03 (UTC +04:00)

“Crocus City Hall”da baş verən terror aktından sonra yaranan yanğından dəyən faktiki zərər 10 mlrd. rublu keçə bilər.

APA-Economics” xəbər verir ki, bu barədə “TASS”a sığorta bazarındakı mənbələr bildiriblər.

“Həqiqi zərərin təxminən 10 mlrd. rubldan çox (107,7 mln. ABŞ dolları – red.) olduğu qiymətləndirilir, lakin sığortalanmış zərərin məbləğinin nə qədər olduğu hələ məlum deyil, bu göstərici, xeyli az ola bilər. Təhqiqat və zərərin sonradan ödənilməsi iki ilə qədər çəkə bilər”, - mənbələrdən biri qeyd edib.

Onun sözlərinə görə, bu cür zərərlərə uzun müddət ərzində baxılır, müddəti zərərin miqdarının qiymətləndirilməsi və konstruksiya xüsusiyyətlərinin ətraflı qiymətləndirilməsi ilə əlaqələndirilir.

Sığorta bazarındakı mənbələr vurğulayır ki, söhbət sığortaçının prosesi gecikdirməsindən getmir.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankının bu günə olan məzənnəsinə görə, 1 ABŞ dolları 92 Rusiya rubluna bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR