Bank Of Baku

Kommersiya qurumlarının 80,7%-i elektron qaydada qeydə alınıb

Kommersiya qurumlarının 80,7%-i elektron qaydada qeydə alınıb
# 12 aprel 2023 16:23 (UTC +04:00)

Aprel ayının 1-nə respublika üzrə uçotda olan 1 mln. 430 min 739 vergi ödəyicisinin 87,3%-i fiziki şəxslər, 12,7%-i hüquqi şəxslər və digər təşkilatlar olub.

APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,1%, o cümlədən fiziki şəxslərin sayı 4,5%, hüquqi şəxslərin sayı isə 9,9% artıb. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 88,5%-i məhdud məsuliyyətli cəmiyyət, 1,3%-i səhmdar cəmiyyət, 1,1%-i kooperativ və s. formalarda yaradılıb. İndiyədək 164 min 645 kommersiya qurumu, 20 min 937 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib.

Cari ilin birinci rübü ərzində 3 min 877 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,1% çoxdur. Onlardan 85,4%-i yerli investisiyalı, 13,1%-i xarici investisiyalı qurumlardır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 80,7%-i elektron qaydada edilmiş müraciətlər əsasında qeydə alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 93,6% təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 509 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2022-ci ilin birinci rübü ilə müqayisədə 76 vahid çox) qeydiyyata alınıb.

Cari ilin birinci rübündə fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29%, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 22,4% artıb. Fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 26,6% artıb. Hesabat dövründə 399 publik hüquqi şəxsi dövlət qeydiyyatına alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR