Bank Of Baku

Kommunal xərclər quşçuluq təsərrüfatlarının inkişafına mane olur

Kommunal xərclər quşçuluq təsərrüfatlarının inkişafına mane olur
# 12 aprel 2022 15:42 (UTC +04:00)

Qaz və elektrik enerjisi şəbəkələrinə qoşulma zamanı xərclərin yüksək olması quşçuluq məhsullarının maya dəyərinə təsir edir. “APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) rəhbəri Mürvət Həsənli İqtisadiyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyində Assosiasiya üzvləri ilə keçirilən görüşdə deyib.
Assosiasiya rəhbərinin sözlərinə görə, bir müəssisənin enerji şəbəkəsinə qoşulması üçün təkcə texniki şərtə 40-50 min manat pul istənilir.
“Bir o qədər də qaza görə tələb olunur. Bu qədər xərclə yeni müəssisələr yaratmaq, quşçuluğu inkişaf etdirmək faktiki olaraq mümkün deyil. Çünki o xərcin hamısı istehsal olunan məhsulun maya dəyərinə oturur, bu isə onun satış həcmlərini artırmağa mane olur”, - deyə Mürvət Həsənli qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR