Bank Of Baku

“Kontakt” izləyicilərini saxta səhifələrə etibar etməməyə çağırıb

“Kontakt” izləyicilərini saxta səhifələrə etibar etməməyə çağırıb
# 12 sentyabr 2023 11:46 (UTC +04:00)

“Kontakt” mağazalar şəbəkəsi son zamanlar şəbəkənin adından açılmış saxta səhifələrlə bağlı paylaşım edib. Şəbəkə öz izləyicilərini ayıq-sayıq olmağa, saxta mənbələrə etimad göstərməməyə, şəxsi və bank kartları üzrə məlumatları kənar şəxslərlə bölüşməməyə çağırıb.

"APA-Economics" xəbər verir ki, şəbəkənin rəsmi saytları və sosial media hesabları aşağıdakılardır:

“Kontakt”ın bütün kampaniya, endirim və digər yenilikləri barədə məlumatlar yalnız həmin hesablarda paylaşılır.

Qeyd edək ki, şəbəkə məsələ ilə bağlı aidiyyəti dövlət orqanlarına, habelə hüquq-mühafizə orqanlarına müraciət edib və cinayət hallarının aradan qaldırılması məqsədilə onlarla sıx əməkdaşlıq edir. Siz də saxta səhifələri aşkarladığınız və ya bu kimi qanunsuzluqlarla üzləşdiyiniz halda, şəbəkənin *6060 Çağrı Mərkəzinə zəng edə, eyni zamanda hüquq-mühafizə orqanlarına şikayət edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR