Bank Of Baku

Litva Prezidenti: Biz Azərbaycanı böyüyən iqtisadi güc kimi görürük

Litva Prezidenti: Biz Azərbaycanı böyüyən iqtisadi güc kimi görürük
# 22 may 2023 15:45 (UTC +04:00)

Azərbaycan Litvanın vacib tərəfdaşıdır. Biz bu əməkdaşlıqda hər iki tərəf üçün faydalı olan imkanların araşdırılmasında maraqlıyıq.

APA-nın Vilnüsə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, bunu Litva-Azərbaycan Biznes Forumunun açılışında Litva Respublikasının Prezidenti Gitanas Nauseda deyib.

“Biz Azərbaycanı böyüyən iqtisadi güc kimi görürük, bu ölkənin böyük enerji potensialı var və o diversifkasiyada ambisiyalıdır. Azərbaycanın iqtisadiyyatının müxtəlif sahələri, məsələn, informasiya texnologiyaları, logistika, emal, bərpaolunan enerji sahələrində imkanlar var və bu, litvalı iş adamlarını cəlb edir", - Gitanas Nauseda qeyd edib.

Litva Prezidenti vurğulayıb ki, ölkəsinin rəqəmsal infrastrukturu sürətli və əlçatandır: “Bu, Avropada ən yaxşılardan hesab olunur.
2020-ci ildə COVID-19-a görə qlobal böhran zamanı Litva ÜDM-də mənfi inkişafın qarşısını alıb, bu, ölkənin uğurlu iqtisadi siyasətinin nümunəsidir".

Zümrüd Paşkin

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR