Bu il Qazaxıstanın Mangistau vilayətinin Azərbaycanla ticarət dövriyyəsi 41,9 mln. ABŞ dolları təşkil edib.
“Caspian Energy Club”dan “APA-Economics”ə verilən məlumata görə, bu rəqəmlər Azərbaycan sahibkarlarının Qazaxıstanda iştirak etdiyi biznes-turda səsləndirilib.
Qeyd olunub ki, ticarət dövriyyəsinin 29,9 mln. dolları ixracın, 12 mln. dolları isə idxalın payına düşüb.
Bununla yanaşı, bildirilib ki, vilayətdə Azərbaycan kapitalının iştirakı ilə 199 sahibkar iqtisadiyyatın müxtəlif sahələrində qeydiyyatdan keçib.
Qeyd edək ki, Qazaxıstanın 3 şəhəri – Aktau, Nur-Sultan və Almatı üzrə biznes-tur çərçivəsində B2G və B2B formatında bir sıra görüş və tədbirlər keçirilib.