Bank Of Baku

Martda daha üç özəlləşdirmə hərracı keçiriləcək

Martda daha üç özəlləşdirmə hərracı keçiriləcək
# 14 fevral 2022 14:59 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən 17, 29 və 31 mart tarixlərində hərrac keçiriləcək.

ƏMDX-dən “APA-Economics”ə verilən məlumata görə, martın 17-də keçiriləcək hərraca 12 nəqliyyat vasitəsi, 29 martda təşkil olunacaq hərraca 15 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili, 16 nəqliyyat vasitəsi, 31 mart tarixindəki hərraca isə 15 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin isə 2-si istisna olmaqla, qalanları bölgələrdə yerləşir.

Tam siyahı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytından tanış olmaq olar.

Qeyd edək ki, ümumilikdə mart ayında (3, 9 və 15 mart tarixləri daxil olmaqla) Xidmət tərəfindən 6 hərrac təşkil olunacaq. Martın 3-də keçiriləcək hərraca 25 nəqliyyat vasitəsi, 9 martda təşkil olunacaq hərraca 18 nəqliyyat vasitəsi, 15 mart tarixindəki hərraca isə 18 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili, 20 nəqliyyat vasitəsi çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR