Bank Of Baku

May ayından Azərbaycanda yaz sərgi mövsümü başlayır

May ayından Azərbaycanda yaz sərgi mövsümü başlayır
# 06 aprel 2022 14:58 (UTC +04:00)

Bu ilin may ayında Azərbaycanda yaz sərgi mövsümü işinə başlayır.

“Caspian Event Organisers” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, builki yeniliklər ənənəvi Beynəlxalq “Kənd Təsərrüfatı” sərgisi çərçivəsində yeni Smart Agro istiqaməti, eləcə də sərgi portfoliosunda yeni ad – Bakı Enerji Həftəsi olacaq.

Bütün tədbirlər Azərbaycan Respublikasının dövlət strukturlarının rəsmi dəstəyi ilə keçiriləcək.

Mayın 18-dən 20-dək Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” Caspian Agro və 27-ci Azərbaycan Beynəlxalq “Qida Sənayesi” InterFood Azerbaijan sərgiləri keçiriləcək. Sərgidə iştirakçılar arasında Azərbaycan, Gürcüstan, İsrail, İspaniya, İtaliya, Hollandiya, Rusiya, ABŞ, Türkiyə və Ukrayna şirkətləri var.

Sərgi mövsümü 1-3 iyun tarixlərində bir sıra sənaye tədbirləri - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz (Caspian Oil & Gas), 10-cu Yubiley Xəzər Beynəlxalq Enerji və Bərpa Olunan Enerji (Caspian Power) sərgilərini və Xəzər Neft və Qaz Konfransının davamçısı olan Bakı Enerji Forumu özündə birləşdirən Bakı Enerji Həftəsi ilə davam edəcək.

İyunun 2-dən 3-dək Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu keçiriləcək. Xəzər Neft və Qaz Konfransı bu illər ərzində enerji sektorunun əsas illik tədbiri, sənayenin əsas çağırışlarının müzakirə platforması statusunu qazanıb.

Sərgi mövsümü 1-3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Xəzər regionunun nəqliyyat sektorunun aparıcı sərgilərində başa çatır: 19-cu Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi (TransCaspian/Translogistica) və 10-cu Yubiley Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai Nəqliyyat Sərgisi (Road & Traffic). Sərgilər dəmir yolu nəqliyyatı, dəniz sənayesi, aviasiya, kommersiya nəqliyyatı, eləcə də nəqliyyat və logistika xidmətləri sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbər işçiləri və mütəxəssisləri ilə görüşmək üçün ideal imkan yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR