Bank Of Baku

MDB hökumət başçıları Moskvada şokolad fabrikini ziyarət ediblər

MDB hökumət başçıları Moskvada şokolad fabrikini ziyarət ediblər
# 16 dekabr 2023 18:02 (UTC +04:00)

MDB hökumət başçıları Moskvada şokolad fabrikini ziyarət ediblər.

APA-nın Rusiya bürosu xəbər verir ki, hökumət başçıları məşhur "Krasniy oktyabr-Rot Front" fabrikinə gələrək MDB ölkələrindən olan uşaqlarla görüşüblər.

Qeyd edək ki, Moskvada 16-18 dekabr tarixlərində MDB ölkələri hökümət başçıları Şurasının iclası keçirilir. İclasda iştirak etmək üçün Azərbaycan baş naziri Əli Əsədov bu gün Rusiya paytaxtına işgüzar səfər edib.

Dekabrın 18-də isə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzində (VDNX) MDB hökümət başçılarının əsas iclası keçiriləcək.

Qırğızıstan Respublikasının sədrliyi ilə keçiriləcək iclasda Birlik çərçivəsində mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə olunacağı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR