Bank Of Baku

Məmməd Abbasbəyli: İstehlakçı hüquqlarının pozulmasının qarşını almaq üçün lazımi addımlar atılmalıdır

Məmməd Abbasbəyli: İstehlakçı hüquqlarının pozulmasının qarşını almaq üçün lazımi addımlar atılmalıdır
# 14 mart 2024 10:58 (UTC +04:00)

Yaşıl iqtisadiyyatın inkişafı dövründə istehlakçı hüquqlarının pozulmasının qarşını almaq üçün lazımi addımlar atılmalıdır.

APA-Economics”in xəbərinə görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər" adlı forumda deyib.

Yaşıl enerjiyə keçidin əhəmiyyətindən danışan M.Abbasbəyli bildirib ki, istehlakçı hüquqlarının qorunmasında standartlaşma çox önəmlidir və bu qlobal iqtisadiyyatda mühüm əhəmiyyətə malikdir: “Son illərdə Azərbaycanda yaşıl iqtisadiyyatın inkişafı və buna marağın artması yeni standartların yaradılmasının vacibliyini bir daha artırır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR