Bank Of Baku

Millət vəkili: "Pandemiya Azərbaycan iqtisadiyyatında mənfi fəsadlar törədib"

Ağalar Vəliyev

© APA | Ağalar Vəliyev

# 18 fevral 2022 10:37 (UTC +04:00)

Bütün dünyada olduğu kimi, pandemiya Azərbaycanda da kiçik və orta biznesdə, eləcə də bütövlükdə iqtisadiyyatda mənfi fəsadlar törədib.

"APA-Economics" xəbər verir ki, bunu "Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti" adlı konfransda çıxış edən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ağalar Vəliyev deyib.

Onun sözlərinə görə, məhz uğurla həyata keçirilən iqtisadi siyasət sayəsində Azərbaycan pandemiyadan minimum zərər çəkməklə müxtəlif tədqiqatlar əsasında 2022-2023-cü illərdə ölkə iqtisadiyyatının 3% səviyyəsində artımı proqnozlaşdırılır.

"Bununla əlaqədar olaraq, iqtisadi inkişaf üçün katalizator rolunu oynayan kiçik və orta biznesin inkişafda xüsusi rolu var. Bununla yanaşı, Milli Məclisdə müntəzəm əsasda müvafiq dövlət orqanlarının iştirakı pandemiya ilə əlaqədar tələblərə və şərtlərə uyğun olaraq, kiçik və orta sahibkarlıq subyektlər üçün nəzərdə tutulan qanunvericilikdə əksinin tapması istiqamətində işlər aparılır. İqtisadiyyatın inkişafına yönələn biznes və dövlət arasında müxtəlif formatlar çərçivəsində davamlı və səmimi dialoqun aparılması, innovativ həllərin daha sürətlə və səmərəli tətbiq edilməsi baxımından olduqca əhəmiyyətlidir", - deyə A. Vəliyev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR