Bank Of Baku

Milli standartlaşdırmanın beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair İşçi Qrupun ilk iclası keçirilib

Milli standartlaşdırmanın beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair İşçi Qrupun ilk iclası keçirilib
# 26 dekabr 2023 10:27 (UTC +04:00)

Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair İşçi Qrupun ilk iclası keçirilib.

"APA-Economics"in Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbərinə görə, iclasın keçirilməsində məqsəd sözügedən dövlət proqramı ilə bağlı öhdəliklər barədə iştirakçıların məlumatlandırılmasıdır. İclasın keçirilməsində əsas məqsədlərdən biri “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planında öz əksini tapan tapşırıqların icrasının təmin edilməsidir.

İclas zamanı ölkəmizdə texniki tənzimləmə sisteminin qurulması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən görülmüş işlər, aidiyyəti dövlət qurumları tərəfindən milli texniki reqlamentlərin və istinad standartlarının hazırlanması ilə bağlı mövcud vəziyyət müzakirə edilib. Texniki tənzimləmənin şamil olunduğu malların təhlükəsizlik parametrləri üzrə sınaqların aparılmasını təmin edən laboratoriyaların müəyyən edilməsi, diaqnostik qiymətləndirmələrin aparılması və nəticələrinə dair təkliflərin aidiyyəti üzrə təqdim olunması istiqamətində görülmüş işlər haqda fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, texniki tənzimləmənin şamil olunduğu malların idxalından əvvəl onların milli texniki reqlamentə uyğunluğunun qiymətləndirilməsi məqsədilə mexanizmin yaradılması və bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə qarşılıqlı fəaliyyətin tənzimlənməsi üçün bir sıra qabaqcıl ölkələrin tələbləri təhlil edilib.

Bundan əlavə, xüsusi olaraq qeyd olunub ki, ölkədə beynəlxalq tələblərə uyğun texniki tənzimləmə sisteminin yaradılması xarici ticarətdə texniki maneələrin aradan qaldırılmasına, ölkənin ixrac potensialının artırılmasına, istehlak bazarlarının təhlükəli mallardan qorunmasına və sağlam rəqabət mühitinin qurulmasına xidmət edəcək.

İclasda tədbirlər Planında nəzərdə tutulan konkret tapşırıqların icrasının növbəti mərhələsinə dair İşçi qrupun iş planının hazırlanması qərara alınıb.

Qeyd edək ki, iclasda İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumların, həmçinin dövlət proqramının Tədbirlər Planında nəzərdə tutulmuş tapşırıqların icraçısı olan digər dövlət orqanlarının nümayəndələri iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR