Bank Of Baku

Minnixanov: Tatarıstanla Azərbaycan arasında iqtisadi əlaqələr inkişaf edir

Minnixanov: Tatarıstanla Azərbaycan arasında iqtisadi əlaqələr inkişaf edir
# 18 dekabr 2023 15:13 (UTC +04:00)

Tatarıstanla Azərbaycan arasında əməkdaşlıq çərçivəsində sistemli iş gedir.

Bunu APA-nın Rusiya bürosuna açıqlamasında Tatarıstan Respublikasınən rəisi Rüstəm Minnixanov bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Tatarıstan arasında iqtisadi əlaqələr çox inkişaf edir və bundan sonra daha aktiv inkişaf edəcək: “Hər il iqtisadi əlaqələrdə artım qeydə alınır. Əməkdaşlıq sahələrinin seqmenti genişlənir. Təkcə bir, iki müəssisə deyil, orta və kiçik sahibkarlıq biznes sahələrinə dair birgə çox ortaq maraqlı layihələrimiz həyata keçirilir”.

Azərbaycanda tatarların yaşadığını xatırladan Minnixanov ölkəmizin Tatarıstan üçün doğma olduğunu qeyd edib: “Əlbəttə ki, mən Azərbaycan Prezidenti İlham Əliyevə səmimi təşəkkürümü bildirirəm. O, hər zaman Tatarıstana, bizim respublikamıza maksimal dərəcədə köməklik göstərir”.

Tatarıstan rəisi Azərbaycana mütəmadi olaraq səfərlər həyata keçirdiyini xatırladıb: “Biz mütəmadi olaraq Azərbaycana səfərlər planlaşdırırıq. Yaxın vaxtlarda da daha bir səfəri razılaşdıracağıq. Biz Azərbaycanı çox sevirik. Azərbaycana uğurlar arzulayırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR