Paşha Bank
Bank Of Baku

Mirzoyan Azərbaycan yüklərinin TRIPP-lə Ermənistan vasitəsilə daşınacağına şübhə etmir

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan

© APA | Ermənistan xarici işlər naziri Ararat Mirzoyan

# 05 noyabr 2026 11:27 (UTC +04:00)

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan TRIPP və digər layihələr vasitəsilə ölkəsi üzərindən Azərbaycan yüklərinin də daşınacağına şübhə etmir.

Ermənistan mediasının xəbərinə görə, bu barədə Mirzoyan parlamentdə bildirib.

O qeyd edib ki, Azərbaycanla sülh müqaviləsinin tezliklə imzalanması və ratifikasiyası Ermənistan tərəfinin öhdəliyi olaraq qalır.

“Belə bir imkan yaranana qədər tərəflər sülh prosesindən irəli gələn və onun möhkəmlənməsinə xidmət edən əməkdaşlıq tədbirlərini genişləndirməkdə davam edəcəklər. Xüsusilə, söhbət ticarətdən, o cümlədən Azərbaycanın öz ərazisini Ermənistana və Ermənistandan gələn yüklərin tranziti üçün açmasından gedir”, - Mirzoyan vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR