Moskvada Azərbaycan istehsalçılarının məhsullarının dequstasiyası keçiriləcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, dequstasiya Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki (VDNX) "Azərbaycan" pavilyonunda baş tutacaq.
Yanvarın 13-də “Azərbaycan” pavilyonu və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birlikdə VDNX-dakı “Rusiya” forumu Beynəlxalq Sərgisi çərçivəsində Azərbaycan milli istehsalı məhsullarının növbəti dequstasiya seriyasını keçirəcək.
"Azərbaycan" Pavilyonunun Ticarət zalında qurudulmuş meyvə və şirniyyatların ən yaxşı istehsalçılarının məhsulları təqdim olunacaq.