2022-ci ilin iyun ayında Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək "Food Expo" qida sərgisində Naxçıvan məhsulları sərgilənəcək.
Azərbaycan Sahibkarlar Konfederasiyasından "APA-Economics"ə verilən məlumata görə, bu barədə sərgiyə hazırlıq məqsədi daşıyan Konfederasiyanın nümayəndə heyətinin Naxçıvana səfəri çərçivəsində bildirilib.
Qeyd olunub ki, hazırda Yaponiyanın "TET lnternational Development" investisiya şirkəti Azərbaycanın iki istehsalçısının məhsullarını Yaponiyaya ixrac edir.
Naxçıvana təşkil olunan səfərin əsas məqsədlərindən biri, yerli məhsulları Yaponiya bazarına çıxarmaqdır ki, burada əsas diqqət ilk növbədə qida məhsullarına yetiriləcək. Gələcəkdə Yaponiya bazarına həmçinin qeyri-ərzaq məhsullarının ixracı da istisna edilməyib, bu istiqamətdə artıq araşdırmalara başlanılıb.