Bank Of Baku

Naxçıvana qanunsuz keçirilən dərman preparatları aşkar edilib

Naxçıvana qanunsuz keçirilən dərman preparatları aşkar edilib
# 07 aprel 2023 16:28 (UTC +04:00)

Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında dərman preparatlarının qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bu barədə "APA-Economics"ə Dövlət Gömrük Komitəsindən bildirilib. Belə ki, Baş İdarənin "Sədərək" gömrük postunda Türkiyədən ölkəmizə gələn "Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.

Yoxlama zamanı vətəndaşın idarə etdiyi nəqliyyat vasitəsinin yük hissəsindən gömrük orqanına bəyan etmədiyi 74 adda 2480 qutu müxtəlif dərman preparatları aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR