Bank Of Baku

Naxçıvanda biznes subyektlərinin maliyyələşmə imkanları dəyərləndirilib

Naxçıvanda biznes subyektlərinin maliyyələşmə imkanları dəyərləndirilib
# 22 dekabr 2023 11:50 (UTC +04:00)

Azərbaycan Respublikasının Mərkəzi Bankının, Bakı Fond Birjasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İnvestisiya Şirkətlərinin iştirakı ilə 21 dekabr 2023-cü il tarixində Naxçıvan şəhərində “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil olunub.

APA-Economics” xəbər verir ki, Naxçıvan şəhərində keçirilmiş tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri mütəşəkkil kapital bazarının imkanları və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumatlandırılıb. Tədbirdə qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində təqdimatlar olunub.

Məlumata görə, tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilib, onların maliyyələşmə imkanları dəyərləndirilib.

Qeyd edək ki, bu, sayca onuncu belə tədbirdir. Bundan əvvəl “İnvestisiya səyahəti” tədbiri Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ, Şamaxı, Şabran,Göyçay və Şəmkir şəhərlərində təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR