Bank Of Baku

Naxçıvanda çörəyin qiyməti ucuzlaşıb

Naxçıvanda çörəyin qiyməti ucuzlaşıb
# 17 iyul 2023 15:08 (UTC +04:00)

"Son vaxtlar dünya bazarında buğdanın qiymətinin enməsi və hazırda taxıl biçini dövrünün olması taxıl məhsullarının qiymətinin aşağı düşməsinə səbəb olub. Muxtar respublikada fəaliyyət göstərən iri çörək istehsalı müəssisələri tərəfindən hazırlanmış kalkulyasiyalara əsasən mənfəət nəzərə alınmaqla, 300 qram çörəyin müəssisə satış qiyməti 0.36 manat təşkil edir".

Bunu APA-nın Naxçıvan bürosuna açıqlamasında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Daxili bazarda İstehlak malları üzrə nəzarət, monitorinq və təhlil şöbəsi sektorunun müdiri Nicat Həşimov deyib. O bildirib ki, bu gündən etibarən Naxçıvan Muxtar Respublikasında pərakəndə satış məntəqələrində çörəyin qiyməti endirilib: "Çörək məhsulları qiymətləri dövlət tərəfindən tənzimlənən malların soyadına daxil deyil, lakin məhsulu strateji məhsul olduğundan iyulun 15-i nazirlikdə muxtar respublikada fəaliyyət göstərən çörək istehsalçılarının müraciəti əsasında ümumi bir yığıncaq təşkil olundu və çörəyin qiymətinin ölkənin digər regionlarına uyğunlaşdırılması istiqamətində bu gündən, yəni iyulun 17-dən 300 qramlıq çörəyin topdan satış qiyməti 0.36 manata, pərakəndə satış qiymətinin isə 0.40 manat satılması ilə bağlı öz təkliflərini verdilər, biz isə bunu müsbət qarşıladıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR