2023-cü ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta haqları üzrə daxilolmalar, ötən ilin müvafiq dövrünə nisbətən 16,5% artaraq 5,6 milyon manat təşkil edib.
“APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, cari ilin yanvar-mart aylarında işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə ötən ilin yanvar-mart ayları ilə müqayisədə 19,7% artaraq 938 min manata çatıb.