Bank Of Baku

Naxçıvanda obyektlərin 50 faizdən çoxuna yeni nəsil kassa aparatları quraşdırılıb

Naxçıvanda obyektlərin 50 faizdən çoxuna yeni nəsil kassa aparatları quraşdırılıb
# 09 mart 2023 12:51 (UTC +04:00)

2023-cü il yanvarın 1-nə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən muxtar respublikada quraşdırılmış yeni nəsil NKA-ların sayı 73 ədəd olduğu halda, cari ilin 2 ayında 13 dəfədən çox artaraq 980 ədəd təşkil edib.

Bu barədə "APA-Economics"ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Qeyd edilib ki, ilin əvvəlində ümumilikdə obyektlərin 3,8 faizində yeni kassa aparatları quraşdırılmışdısa, martın 1-nə bu rəqəm 50,6 faiz təşkil edib.

"Yeni nəsil NKA-nın tətbiqi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb"- Xidmətdən əlavə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR