Bank Of Baku

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,1 dəfə artıb

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,1 dəfə artıb
# 13 sentyabr 2023 15:12 (UTC +04:00)

Cari ilin 8 ayında Naxçıvan Muxtar Respublikasında 4 min yeni vergi ödəyicisi qeydiyyata alınıb.

APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, bunların 89,4%-i fiziki, 10,6%-i hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,1 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1,9 dəfə, hüquqi şəxslərin sayı isə 33 dəfə artıb.

Yanvar-avqust aylarında kommersiya qurumlarının 63%-i elektron qaydada, 37%-i isə kağız daşıyıcıları vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR