Bank Of Baku

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,2 dəfə artıb

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,2 dəfə artıb
# 23 iyun 2023 11:20 (UTC +04:00)

Cari ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 2.457 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, bunların 87,7%-i fiziki, 12,3%-i hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 30 dəfə artıb.

Cari ilin yanvar-may aylarında kommersiya qurumlarının 50 faizi elektron qaydada, 50 faizi isə kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR