Bank Of Baku

Naxçıvanda vergi ödəyicilərinin sayı artıb

Naxçıvanda vergi ödəyicilərinin sayı artıb
# 18 may 2023 23:51 (UTC +04:00)

2023-cü ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 1.938 yeni vergiödəyici qeydiyyata alınıb. Bunların 87,6 faizi fiziki, 12,4 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergiödəyicilərinin sayı 2,2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 30 dəfə artıb.

Cari ilin birinci rübündə kommersiya qurumlarının 52 faizi elektron qaydada, 48 faizi isə kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR