Bank Of Baku

Nazir: Azad edilmiş ərazilər kənd təsərrüfatının inkişafına töhfə verəcək

Nazir: Azad edilmiş ərazilər kənd təsərrüfatının inkişafına töhfə verəcək
# 02 noyabr 2023 12:08 (UTC +04:00)

Azad edilmiş ərazilərdə rezidentlər üçün güzəştlər tətbiq edilir. Sahibkarlara kreditlərin 90 %-nin dövlət zəmanəti ilə 10 %-lə verilməsi nəzərdə tutulur.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir azad olunmuş ərazilərdə aparılan işlərlə bağlı məlumat verib: “Araz Vadisi İqtisadi Zonasında 420 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Zəngilan, Qubadlı, Kəlbəcər, Zəngilan və digər ərazilərdə torpaqların qiymətləndirilməsi, 714 min hektar ərazidə çöl, ölçmə işləri yekunlaşıb. Müvafiq məlumatlar elektron informasiya sisteminə inteqrasiya edilib. Gələcəkdə həmin ərazilər kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR