Azərbaycan Cənubi Qafqaz regionunda Litva üçün çox vacib tərəfdaşdır.
APA-nın Vilnüsə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, bunu Litva-Azərbaycan Biznes Forumunda Litvanın iqtisadiyyat və innovasiyalar naziri Auşrine Armonayte deyib.
“Biz ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsində maraqlıyıq. Bizim qarşılıqlı ticarətimiz ərzaq məhsullarından plastik məhsullara, ağır texnikadan heyvan məhsullarına qədər müxtəlif sahələri əhatə edir. Litva yalnız qarşılıqlı ticarəti intensivləşdirməkdə deyil, eyni zamanda, birbaşa xarici investisiya axınının stimullaşdırılmasında maraqlıdır. Biz müxtəlif sektorlarda birgə marağın potensialını görürük ki, bu da informasiya-kommunikasiya texnologiyaları, e-hökumət, aqro-texnologiyalar, qida sənayesi, turizm, bərpaolunan enerji, emal kimi sahələri əhatə edir. Azərbaycan şirkətlərini biz təklif etdiyimiz imkanlardan yaralanmağa dəvət edirik, bura həmçinin yaşıl koridor çərçivəsində azad iqtisadi zonalar və s. daxildir. Biz investorlar üçün mühitin inkişafına sadiq olaraq qalırıq. Biz ixrac bazarlarının diversifikasiyası siyasəti yürüdürük, bizim hədəflərimizdən biridir. Bu hədəf bizim iqtisadiyyatımıza və ticarətimizə təkan verir və birgə layihələrin yaranmasına yol açır”.
Zümrüd Paşkin