Bank Of Baku

Nazir: Azərbaycan Qazaxıstanla Orta Dəhlizdə əməkdaşlığı genişləndirməyə hazırdır

Nazir: Azərbaycan Qazaxıstanla Orta Dəhlizdə əməkdaşlığı genişləndirməyə hazırdır
# 07 aprel 2023 12:46 (UTC +04:00)

İki ölkənin tranzit potensialının istifadəsinin gənişləndirilməsi üçün Azərbaycan Qazaxıstan ilə Orta nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsinə hazırdır.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 19-cu iclası zamanı Komissiyanın həmsədri Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, bununla yanaşı Azərbaycan tərəfi Orta dəhlizin perspektiv hissəsi olan Zəngəzur dəhlizinin potensial tranzit imkanları çərçivəsində də əməkdaşlığın dərinləşməsi prosesinə hazırdır.

Bununla yanaşı nazir Qazaxıstan tərəfini Ələt iqtisadi zonasının unikal investisiya və biznes imkanlarından istifadə etməyə dəvət edib.

Pərviz Şahbazov iki ölkə arasında neft-qaz sektorunda əməkdaşlığın inkişafını da qeyd edib: "Mart ayından Bakı-Tbilisi-Ceyhan ilə Tenqiz yatağında hasil edilən neftin tranzitinə başlanılıb. Aprel ayında bu istiqamət üzrə 125 min ton Qazaxıstan neftinin nəqli nəzərdə tutulub".

Nazir çıxış zamanı ölkələrin alternativ enerji və enerji effektivliyi sahələrində əməkdaşlıq üçün imkanlarını da qeyd edib.

Nazirin sözlərinə görə, iki ölkə arasında ticarət əlaqələrinin inkişafı davam edir və bunun bariz nümunəsi də ticarət dövriyyəsi göstəriciləridir. Belə ki, 2022-ci ilin nəticələrinə görə, ötən il bu göstərici 598, 4 mln dollar təşkil edib, bu da illik müqayisədə 4,4 dəfə çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR