Bank Of Baku

Nazir: "Azərbaycanın Türkiyədə Ticarət Nümayəndəliyi fəaliyyətə başlayacaq"

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 14 dekabr 2021 12:02 (UTC +04:00)

Yaxın gələcəkdə Azərbaycanın İstanbuldakı konsulluğunda Ticarət Nümayəndəliyi tam fəaliyyətə başlayacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda çıxış edərkən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, öz növbəsində, türk iş adamlarının Azərbaycanda olması iki ölkənin iqtisadi münasibətlərinə daha böyük təkan verəcək.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 3,5 mlrd. ABŞ dollarına yaxın olub. Ölkələr 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR