Azərbaycan iqtisadiyyatının biznes üçün olan ekomühitə liberallaşdırılması, dövlətə məxsus olan bir çox sahələrdə və özəlləşmədə özəl sektora geniş yolun açılması nəzərdə tutulur.
"APA-Economics" xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, bununla yanaşı, dövlət-özəl sektoru əməkdaşlığını nəzərdə tutan layihənin icrası planlaşdırılır.
"İstehsal fəaliyyətinə, investisiya alətlərinə, turizm sahəsinə, həmçinin işğaldan azad edilən ərazilərə yeni vergi stimullarının verilməsi nəzərdə tutulur", - deyə M. Cabbarov qeyd edib.