Vətən müharibəsindən sonra sahibkarlar tərəfindən korporativ sosial məsuliyyət sahəsində önəmli addimlar atılıb. 683 sahibkar 5100 vakansiya təqdim edib. Həmin vakansiyalara 2538-dən çox şəhid ailəsi üzvü, müharibə əlili və vətən müharibəsi iştirakçısı cəlb edilib.
"APA-Economics" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda deyib.
Nazir bildirib ki, müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onların avtomobillə təmin edilməsi sahəsində də sahibkarlar sosial dəstək göstərib.