Neta elektrikli avtomobilləri artıq Azərbaycanda - FOTO

Neta elektrikli avtomobilləri artıq Azərbaycanda - FOTO
# 22 fevral 2024 15:40 (UTC +04:00)

Yeni Motor MMC Azərbaycanın avtomobil sektorunda fərqli bir həyəcan başladır.

Yeni Motor MMC Group Motors MMC-nin tərkibə daxil olan şirkətlərdəndir. Group Motors MMC ölkəmizdə Toyota, Honda, Ford, Mazda və Mitsubishi kimi dünya brendlərini uğurla təmsil etmiş bir şirkət kimi indi də sizlərə Yeni Motor MMC olaraq Neta avtomobillərini təqdim etməyə hazırlaşır. Bu yenilik yalnız bir avtomobil markasının deyil, həm də daha çox elektrik enerjisi texnologiyalarının ölkəmizə gəlişinin müjdəçisidir.

Neta avtomobilləri müasir dizaynı və yüksək texnoloji xüsusiyyətləri ilə elektrikli avtomobil sektorunda yerini almış bir brenddir. Bənzərsiz dizayn anlayışı, üstün mühəndislik bacarığı və çevrə dostu yanaşması ilə fərqlənən Neta, sərfəli, ekoloji və innovativ sürüş təcrübəsi axtaran hər kəs üçün ideal bir seçimdir. Avtomobil həvəskarlarını qane edəcək performansı və sürücülərin ehtiyaclarını düşünən ağıllı xüsusiyyətləri ilə elektromobil sürüşün gələcəyini bu gündən təmin edir.

Yeni Motor MMC, Group Motors MMC-nin güclü infrastrukturu və sınaqdan çıxmış mütəxəssisliyi ilə Neta-nın Azərbaycanda rəsmi distribütoru olaraq, sizlərə yalnız keyfiyyətli bir avtomobil təqdim etmək niyyətində deyil, həm də sizlərə daha dayanıqlı və ekoloji cəhətdən məsul bir yaşam tərzi təklif edir. Bu məqsədlə Yeni Motor MMC sürücülərin ehtiyaclarına cavab verən, həm şəhər içi həm də uzun məsafəli səyahətlər üçün uyğun, yüksək rahatlıqlı və enerji səmərəli avtomobilləri sizlərə təqdim edir.

Neta avtomobillərinin təqdimatı ilə bağlı keçiriləcək tədbir sizlərə bu mükəmməl avtomobilləri yaxından tanımaq, texnoloji üstünlüklərini şəxsən dəyərləndirmək və sürüş zövqünü yaşamaq üçün əvəzsiz bir fürsət yaradacaq. Group Motors MMC ailəsinin bir hissəsi kimi Yeni Motor MMC-nin davam elətdirdiyi bu səyahətə qoşulun və Neta ilə səyahət etməyin yenilikçi dünyasına addım atın. Yeni bir səyahət anlayışı, Yeni Motors MMC və Neta ilə yola çıxır - hazır olun, bizimlə gələcəyə doğru sürün.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR