Bank Of Baku

Niderland 95 ton gülü Rusiyaya çatdıracaq təyyarənin uçuşunu ləğv edib

Niderland 95 ton gülü Rusiyaya çatdıracaq təyyarənin uçuşunu ləğv edib
# 01 mart 2022 14:36 (UTC +04:00)

Niderland Ukrayna ilə münaqişə fonunda Rusiya təyyarələri üçün hava məkanını bağlayıb. Bu səbəbdən martın 8-nə nəzərdə tutulan və göyərtəsində 95 ton gül olan təyyarənin Yekaterinburqa uçuşu ləğv edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə "Znak.com" yazır.

Nəşrin məlumatına görə, Niderlandda gül birjası mövcuddur, oradan məhsul əvvəlcə Yekaterinburqa, sonra isə Uralın bölgələrinə daşınır. Bu il güllərin avtomobil yolu ilə çatdırılması gözlənilir.

Xatırladaq ki, Yekaterinburq 2015-ci ildən Niderlanddan böyük çiçək partiyaları idxal edir. Məhsulların çəkisi və dəyəri hər il azalır. Belə ki, 2018-ci ildə şəhərə 5,4 mln. dollar dəyərində 681 ton gül, 2021-ci ildə isə 3,8 mln. dollar dəyərində 516 ton gül gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR