Bank Of Baku

Novqoroddan Azərbaycana biznes missiya təşkil olunacaq

Novqoroddan Azərbaycana biznes missiya təşkil olunacaq
# 30 mart 2022 16:13 (UTC +04:00)

Bu il Novqorod İxraca Dəstək Mərkəzi tərəfindən Azərbaycan və Belarusa iki biznes missiya və altı əks biznes missiya təşkilini planlaşdırıb.

APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı vilayətinin İnvestisiya Siyasəti Nazirliyi yayıb.

“İxrac uğurlu biznesin açarıdır” adlı V regional konfransda çıxış edən Mərkəzinin direktor vəzifəsini icra edən Darya Yanveldt bildirib ki, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan, Çin, Vyetnam və Hindistanın işgüzar dairələrinin nümayəndələri Novqorod vilayətinə səfər edəcəklər.

“Artıq satış bazarlarını müəyyən edən şirkətlər üçün biz konkret məsələlər üzrə danışıqlar aparmaq və məhsulların tədarükü imkanlarını müzakirə etmək məqsədilə digər ölkələrə işgüzar səfərlər təşkil edirik. Novqorod şirkətləri öz mallarını, istehsalatlarını nümayiş etdirib, əməkdaşlıq variantlarını müzakirə edə bilsinlər deyə, regiona xarici biznes nümayəndələrinin gəlişini də təşkil edirik”, - xanım Yanveldt əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR